RabitaBot

Telegram əlavəsi vasitəsilə dostuna pul göndər!

Telegram əlavəsində @RabitəbankBot kanalını taparaq ora keçid edirsiniz,  “Mənim kartlarım” hissəsindən kartı seçir və daha sonra “Kontakta pul” göndər funksiyasının köməyi ilə heç kart nömrəsini bilmədən kontaktınıza pul göndərirsiniz. Kontaktınız sizdən aldığı təsdiqləmə kodunu daxil edir və pul həmin anda onun hesabına oturur. Bu əməliyyata cəmi 25 saniyə vaxt sərf olunacaq.

Facebook Messenger vasitəsilə dostuna pul göndər!

Facebook Messenger əlavəsi vasitəsilə də həmin funksiya aktivdir. Belə ki, Facebook Messenger əlavəsində Rabitəbank səhifəsini axtarış hissəsindən taparaq ora keçid edirsiniz, “Menyu” hissəsində “Məhsullar” bölməsini seçirsiniz, sonra “Plastik kartlar” pəncərəsindən “Mənim kartlarım” hissəsindən lazımi kartı seçirsiniz. Daha sonra “Kontakta pul göndər” xidmətini seçirsiniz, burada məbləği və pul göndərdiyiniz şəxsin telefon nömrəsini qeyd edirsiniz, və yaxud nömrəni kontaktlar siyahısından əlavə edirsiniz. Kontaktınız sizdən aldığı təsdiqləmə kodunu daxil edir və pul həmin anda onun hesabına oturur. Bu əməliyyata cəmi 25 saniyə vaxt sərf olunacaq.

Komissiya barədə məlumat:

  • Göndərən tərəfindən tutulan komissiya - 0,5% (min 0,60 AZN/USD/EUR)
  • Alan  tərəfindən tutulan komissiya - 0%

Telegram əlavəsi vasitəsilə mümkün olan əməliyyatlar: 

Plastik kart

  • Kartlarım haqqında məlumat
  • Kontakta pul göndərmək
  • Kartdan karta pul göndərmək
  • Karta mədaxil
  • Plastik kart sifarişi
  • Hesabdan çıxarış

Kreditlər

  • Kreditlərim haqqında məlumat
  • Kredit ödənişi
  • Kredit sifarişi

Xidmət şəbəkəsi

  • Ən yaxın filial
  • Ən yaxın bankomat
  • Filiallar və bankomatların siyahısı

Valyuta məzənnələri